21 
Yan
2019
10:18
37
164
12472
Virtual karabakh

Sahil Babayev özünə yeni müşavir təyin etdi

21 Yan, 2019
10:18
12472

Sahil Babayev özünə yeni müşavir təyin etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmri ilə Mustafa Abbasbəyli nazirin müşaviri təyin edilib.

Oxu.Az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun sözlərinə görə, M.Abbasbəyli bu gündən nazirlikdə fəaliyyətə başlayıb. 

Qeyd edək ki, o, 2018-ci ilin sonuna qədər Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri olub.

Mustafa Abbasbəyli

Xatırladaq ki, 1980-ci il təvəllüdlü Mustafa Abbasbəyli hüquq üzrə fəlsəfə doktorudur. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının, eyni zamanda, Beynəlxalq Vəkillər Assosiasiyasının üzvüdür. Azərbaycan Dövlət İqtisad Universitetin İqtisadiyyat və İdarəetmə kafedrasında müəllimdir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri