Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bu fermerlər iki il subsidiya ala bilməyəcək
Azərbaycanda əkin sahəsi barədə Kənd Təsərrüfatı Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum edilə bilər.
Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.
Onun sözlərinə görə, sistemə fermer tərəfindən daxil edilən infomasiya operativ yoxlanılacaq:
"Aparılan araşdırma zamanı əgər daxil edilən informasiyada 5 faizə qədər səhv məlumat aşkarlanarsa, həmin 5 faiz silinəcək və fermerə qanuni düşən subsidiya veriləcək.
Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq.
Əgər xəta 30-50 faiz artırılıbsa, 50 faizdən artıq olarsa, fermer iki il subsidiyadan məhrum ediləcək", - deyə nazir müavini qeyd edib.
İlhamə Əbülfət
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycan Rusiyaya min tona yaxın kərə yağı ixrac edib
- Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı
- Azərbaycan qaz tranziti sxeminə daxil edilir
- Ankara bəyannaməsi: Türk dünyası üçün yeni əməkdaşlıq mərhələsi
- Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var