Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Baş nazir qərar verdi: bu şəxslərin maaşları artır
Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Nazirlər Kabineti XDMX hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri təsdiqləyib.
Eyni zamanda, 2 nömrəli əlavə ilə XDMX dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri, 3 nömrəli əlavə ilə XDMX hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri təsdiqlənib.
Qərarda bildirilib ki, Maliyyə Nazirliyi XDMX hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsini təmin etməlidir.
Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamla XDMX hərbi qulluqçularının maaşları artırılıb.
Sərəncama əsasən, XDMX hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Aqşin Kərimov
"Dövlət Miqrasiya Xidməti (DMX)" teqi üzrə xəbərlər
- Dövlət Miqrasiya Xidmətinin rəisi: "Hazırda ən üstsəviyyəli olan tədbir COP29-da keçirilir"
- Vüsal Hüseynov: "İqlimlə bağlı fəlakətlər illik yerdəyişmələrin artmasına səbəb olur"
- Ötən ay 14 nəfər Azərbaycana readmissiya olunub
- Bu il neçə nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib?
- Azərbaycana 1 150 nəfərin girişi məhdudlaşdırılıb