18 
Sen
2019
17:49
24
172
4677
Virtual karabakh

Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

18 Sen, 2019
17:49
4677

Bu il Azərbaycana nə qədər avtomobil gətirilib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı məlum olub.

Oxu.Az-ın məlumatına görə, bu müddət ərzində ölkəyə 26 min 695 avtomobil idxal edilib.

Bunlardan 246-sı sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələridir.

Əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik maşınları və digər motorlu nəqliyyat vasitələrinin sayı 24 min 88-dir.

İdxal edilən yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin sayı isə 2 min 262 olub.

Qeyd olunan dövr ərzində Azərbaycana 99 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal edilib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri