Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Komitə sədri: GMO məhsulların Azərbaycana gətirilməsi qadağandır
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver ilə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, E.İbrahimov bildirib ki, Azərbaycana genetik modifikasiya olunmuş (GMO) məhsulların idxalı qadağan edilib.
“Azərbaycanda yalnız ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edilir”, - deyə E.İbrahimov bildirib.
BMT-nin İnsan Hüquqları Şurasının Qida hüququ üzrə xüsusi məruzəçisi xanım Hilal Elver qeyd edib ki, Azərbaycanın neft və qaz sahəsindən sonra kənd təsərrüfatının inkişaf etdirilməsini qarşıya məqsəd qoyması sevindirici haldır.
Aqşin Kərimov
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- BMT Azərbaycan Prezidentinin müraciətini rəsmi sənəd kimi yayıb
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- BMT: "2024-cü ildə İranda ən azı 900 nəfər edam edilib"
- Rəsmi Bakının antikolonial çıxışları: Makronun əsassız iddiası
- Direktor: "Fransa dənizaşırı ərazilərdə apardığı çirkin siyasətin əks-sədasından narahatdır"