Azərbaycanlılar ardıcıllıqla Türkiyəni (58,9%), Qazaxıstanı (33,6%), Özbəkistanı (26,6%), Türkmənistanı (23,7%), Qırğızıstanı (19,1%) tanımaq istəyirlər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Sosial Tədqiqatlar Mərkəzinin hesabatında bildirilib.
Qazaxıstan vətəndaşları Türkdilli ölkələrdən ən çox Türkiyəni (31,1%), daha sonra Azərbaycanı (19,7%) tanımaq istədiklərini bildiriblər.
Respondentlərin 26,1%-i türkdilli ölkələr haqqında məlumat mənbələrinin az olduğunu düşünür.
Qırğızıstan vətəndaşları Türkiyəni (48%), Qazaxıstanı (19,7%), Türkmənistan və Azərbaycanı (16%), Özbəkistanı (9,16%) daha yaxşı tanımaq istəyirlər.
Türklər Azərbaycan (54,8%), Türkmənistan (40,2%), Qazaxıstan (31,2%). Özbəkistan (27,3%) və Qırğızıstan (22,7%) haqqında məlumat almaq istəyirlər.
Özbəkistan vətəndaşları Türkiyəni (35,6%), Azərbaycanı (19,4%), Türkmənistanı (12,8%), Qazaxıstanı (12,2%) və Qırğızıstanı (6,8%) daha yaxşı tanımaq istədiklərini bildiriblər.
Aqşin Kərimov