Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yeni ilin büdcəsində Azərbaycan kinosunun inkişafı üçün nə qədər vəsait nəzərdə tutulub?
2020-ci il dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahələrinə aid olan digər müəssisə və tədbirlərə ayrılan xərclərin tərkib hissəsi olmaqla, Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 7,5 milyon manat (2019-cu illə müqayisədə milyon manat çox) ayrılacaq.
Oxu.Az-ın məlumatına görə, bu Azərbaycan Respublikasının 2020-ci ilin dövlət va icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb.
Azərbaycanın mədəniyyəti, tarixi, sosial-iqtisadi inkişafı, elmi-texniki və turizm potensialı barədə təbliğat işini genişləndirmək məqsədilə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin saxlanılması xərclərə 6,4 milyon manat vəsait yönəldiləcək.
2020-ci ilin dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 5,5 milyon manat təşkil edəcək. Bu da 2019-cu illə müqayisədə 1,7 milyon və ya 43,8 faiz çoxdur.
Sevinc Yasinqızı