16 
Noy
2019
11:56
24
93
3252
Virtual karabakh

Gələn ilin büdcəsinə ən çox hansı qurum xeyir verəcək?

2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat məbləğində proqnozlaşdırılır.

Bu isə ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla, 2019-cu illə müqayisədə, 966.5 milyon manat çoxdur.

Büdcəyə ən çox gəlir haradan gələcək?

Oxu.Az-ın məlumatına görə, proqnozlaşdılır ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirlərinin 11 milyard 135 milyon manatı Dövlət Neft Fondundan transfertin hesabına formalaşacaq.

Vergilər Nazirliyindən vergi daxilolmaları üzrə isə gəlir 7 milyard 875 milyon manat məbləğində proqnozlaşdırılır.

Bunun 1 milyard 175 milyon manatını fiziki şəxslərdən əldə olunan gəlir vergisi təşkil edəcək.

Vergi daxilolmaları üzrə ən böyük pay isə mənfəət vergisindən əldə edilən gəlirlər olacaq (2 milyard 656 milyon 500 min manat).

Torpaq vergisi üzrə 45 milyon, əmlak vergisi üzrə 211 milyon, ƏDV üzrə 2 milyard 30 milyon, aksizlər üzrə 749 milyon, mədən vergisi üzrə 134.5 milyon, dövlət rüsumlarından 190 milyon, sadələşdirilmiş vergilərdən 380 milyon, yol vergisindən 76 milyon manat daxilolma gözlənilir.

Vergi daxilolmalarının 228 milyon manatını sair daxilolmalar təşkil edəcək.

Dövlət Gömrük Komitəsi büdcəyə nə qədər xeyir verəcək?

2020-ci ilin dövlət büdcə layihəsində göstərilib ki, gəlirlərin dörd milyard manatı gömrük daxilolmalarının payına düşəcək.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olacaq gəlirlərin 2 milyard 705 milyon manatını ƏDV-dən gələn vəsait təşkil edəcək.

Gəlirlərin 300 milyon manatını aksiz, 950 milyon manatını gömrük rüsumları, 45 milyon manatını yol vergisindən əldə olunan vəsaitin təşkil edəcəyi proqnoz verilir.

Əmlak Məsələləri Dövlət Komitəsindən isə səkkiz milyon manat gəlir daxil olacaq. Gəlirlərin 839 milyon 500 min manatı isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların payına düşəcək.

Büdcə layihəsində sair gəlirlər 62 milyon manat göstərilib.

Xatırladaq ki, Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında fərman imzalayıb. 

Fərmana əsasən, Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.

Deməli, gələn il dövlət büdcəsinin gəlirlərinin formalaşmasında Dövlət Neft Fondundan transfertləri istisna etsək, İqtisadiyyat Nazirliyi daha böyük rola malik olacaq.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri