28 
Mar
2020
13:11
731
111
24782
Virtual karabakh

ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı

28 Mar, 2020
13:11
24782

ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) koronavirusla mübarizə məqsədilə Azərbaycana 1,7 milyon dollarlıq tibbi yardım göstərir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən vəsait laboratoriya sistemlərinin hazırlanması, yeni yoluxma hallarının aşkarlanması və əsaslı nəzarət işlərinin aparılmasında fəallığın artırılmasına xərclənəcək.

Müvafiq məbləğlə, həmçinin cavab və hazırlıq üzrə texniki mütəxəssislərə dəstəyin, risk şəraitində kommunikasiya effektivliyinin artırılması qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, ABŞ son 20 ildə Azərbaycanın səhiyyə sisteminə 41 milyon dollara yaxın vəsait ayırıb.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri