“Tədbirin mövzusu çox aktual məsələləri əhatə edir”.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan-İsrail İnnovasiya Forumunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, İnnovativ və yüksək texnoloji idarəetmə yanaşmaları, qarşıdakı onilliklərdə qlobal iqtisadi inkişafın və investisiya axınlarının istiqamətini müəyyənləşdirəcək amillər olacaq:
“COVID-19 pandemiyasının təsirləri nəzərə alınaraq, iqtisadiyyatların gücləndirilməsi, şoklara qarşı hazırlıq səviyyəsinin artırılması və müasir, rəqəmsal texnologiyaların əsaslanan biznes mühitinin inkişaf etdirilməsi məsələləri daha da aktuallaşıb”.
O.Məmmədov qeyd edib ki, 21-ci əsrdə İsrail dünyanın qabaqcıl innovasiya mərkəzlərindən birinə çevrilib:
“İsrail kibertəhlükəsizlik, maliyyə texnologiyaları və rəqəmsal səhiyyə sistemi baxımından liderlik mövqeyinə malikdir. Bu baxımdan, innovasiya sahəsində əməkdaşlığın gücləndirilməsi ölkələrimiz arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə əhəmiyyətli töhfə verə bilər”.
Daha çox foto burada: PhotoStock.az
Nəzrin Vahid