Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 14,9% artaraq 67,5 milyard ABŞ dollarına çatıb.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
"O cümlədən hesabat dövründə AMB-nin valyuta ehtiyatları 4,0%-dən çox artaraq 9,8 milyard ABŞ dollarına yüksəlib.