Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sabah Konstitusiya Məhkəməsi parlament seçkisinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Sabah Konstitusiya Məhkəməsi Plenumunun iclası keçiriləcək.
APA-nın xəbərinə görə, iclasın gündəliyinə Milli Məclisə növbədənkənar seçkinin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq olunması daxil edilib.
Qeyd edək ki, sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Seçki Məcəlləsinə əsasən, Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkinin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
"Konstitusiya Məhkəməsi" teqi üzrə xəbərlər
- Hansı hallarda şəxsə daha yüngül cəza təyin edilə bilər?
- Gəlinini doğrayanı azadlığa buraxdıracağını deyən sabiq vəzifəli şəxslə bağlı QƏRAR
- Paşinyanın müsahibəsində Azərbaycanı qane etməyən məqamlar
- "Konstitusiya və Suverenlik İli"ndə media gündəmi" panel müzakirəsi baş tutub
- Kamran Şəfiyev: "Konstitusiyada sosial ədalət konsepsiyası geniş formada öz əksini tapıb"