İqtisadiyyat naziri Mikayıl Cabbarov neftçiləri peşə bayramı münasibəti ilə təbrik edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə öz "X" hesabında paylaşım edib.
Nazir neftçilərə bu əhəmiyyətli töhfələr üçün təşəkkür edib, möhkəm cansağlığı və uğurlar arzulayıb.
"Peşə bayramınızı təbrik edirik. Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rolu olan neft strategiyasının həyata keçirilməsində hər birinizin fədakar əməyi və zəhməti əvəzedilməzdir", - deyə nazir qeyd edib.
Əziz neftçilər,#Peşəbayramı-nızı təbrik edirik. #Azərbaycan #iqtisadiyyat-ının inkişafında mühüm rolu olan #neft strategiyasının həyata keçirilməsində hər birinizin fədakar əməyi və zəhməti əvəzedilməzdir.
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 20, 2024
Bu əhəmiyyətli töhfələr üçün hər birinizə təşəkkür edir, möhkəm… pic.twitter.com/vyjLZYN43r