Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov: “Anti-inflyasiya tədbirləri qiymət artımını tədricən yavaşladıb”
“Azərbaycan hökumətinin həyata keçirdiyi anti-inflyasiya tədbirləri qiymət artımının tədricən yavaşlamasına imkan verib”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Paralel olaraq qlobal ərzaq bazarlarında qiymətlərin azalmağa, ticarət tərəfdaşımız olan ölkələrdə inflyasiyanın səngiməyə başlaması ilə 2023-cü ilin 9 ayında illik inflyasiya 10,9% təşkil edib”, - deyə o qeyd edib.
"Neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük profisit müşahidə olunur", - deyə nazir vurğulayıb.
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarovdan Dünya İqtisadi Forumunun hesabatına dair paylaşım
- Mikayıl Cabbarov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə paylaşım edib
- Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı
- Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib
- İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib