Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mikayıl Cabbarov: “Dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir”
“BMT Baş katibinin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə son hesabatına əsasən “2030 Gündəliyi”nin icrasının başa çatmasına 7 il qalmasına baxmayaraq, dünyada DİM-lərə nail olunması üzrə proses yavaş gedir, hətta bəzi hədəflər üzrə vəziyyət Dayanıqlı İnkişaf Gündəliyinin qəbul olunduğu 2015-ci ilin baza göstəricisindən aşağı səviyyədədir”.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda “Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, “2023-cü il DİM” hesabatında qeyd olunduğu kimi, bu gün hədəflərin yalnız 15%-i müvəffəqiyyətlə icra olunur.
“DİM-lərə nail olunması istiqamətində səylərin gücləndirilməsi üçün bərpaolunan enerjiyə keçidin sürətləndirilməsi, rəqəmsallaşmanın əhatə dairəsinin artırılması, ömürboyu təhsilə əsaslanan cəmiyyətin qurulması, insanların layiqli iş və sosial müdafiə təminatının artırılması, xüsusilə “yaşıl” və rəqəmsal iqtisadiyyat sahələrində iş yerlərinin sayının artırılması və iqlim dəyişikliyi ilə mübarizə əsas tövsiyələr sırasındadır”, - deyə nazir qeyd edib.
"BMT" teqi üzrə xəbərlər
- Azərbaycanın daimi nümayəndəsi BMT Baş katibini mina çirklənməsi probleminə diqqət yetirməyə çağırıb
- COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb
- Qalib xalqın, qalib dövlətin rəhbəri: Bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir
- Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb
- Azərbaycanın D8-ə üzvlüyü: Yeni dünyanın qurulmasına qatılmaq üçün etimad