Dek
2023
18:44
146
8
1594
Virtual karabakh

Karseladze: “Gürcüstanla Azərbaycan arasında avtomobil yolunun bir hissəsi inşa edilib”

8 Dek, 2023
18:44
1594

Karseladze: “Gürcüstanla Azərbaycan arasında avtomobil yolunun bir hissəsi inşa edilib”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tbilisi-Saqareco (Kaxeti) istiqamətində yeni magistral yolun tikintisi çərçivəsində dörd kilometrlik Vaziani yolunun inşası başa çatıb”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın regional inkişaf və infrastruktur naziri İrakli Karseladze deyib.

Onun sözlərinə görə, yol Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir:

“Kaxeti magistralının ilk dörd kilometrlik hissəsi artıq nəqliyyat vasitələri üçün açılıb. Bu da Kaxeti magistralının tikintisində mühüm irəliləyişin sübutudur”.

Qeyd edək ki, Tbilisi-Saqareco magistralı Tbilisi ilə Kaxetini birləşdirən əsas avtomobil yolunun, eləcə də Azərbaycanın şimal-qərb regionunu birləşdirən tranzit dəhlizinin bir hissəsidir. Vaziani yolu layihəsini Gürcüstan şirkəti həyata keçirib.

Tbilisi-Saqareco avtomobil yolunun qalan 31 kilometrlik hissəsinin inşası davam etdirilir. Onun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Avtomobil yolunun tikintisi Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdirilir. Layihənin ümumi dəyəri 527,2 milyon laridir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri