27 
Fev
2024
17:14
35
73
1664
Virtual karabakh

Rövşən Nəcəf: “Əsas məqsəd 2050-ci ilə qədər “xalis sıfır” hədəflərinə çatmaqdır” - FOTO/VİDEO

27 Fev, 2024
17:14
1664

Rövşən Nəcəf: “Əsas məqsəd 2050-ci ilə qədər “xalis sıfır” hədəflərinə çatmaqdır” - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədlərindən biri 2050-ci ilə qədər “xalis sıfır” (Net Zero) hədəflərinə çatmasıdır”.

Oxu.Az xəbər verir ki, bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf və bp-nin strategiya və davamlılıq üzrə icraçı vitse-prezidenti Culia Kerkia ilə görüşündə bildirilib.

Görüşdə cari il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının göstəricisi olduğu vurğulanıb.

Ötən ilin dekabrında SOCAR və bp şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanan anlaşma memorandumunun əhəmiyyəti qeyd olunaraq bu istiqamətdə görülən işlər nəzərdən keçirilib.

SOCAR-ın ekoloji sahədə fəaliyyəti, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə bağlı müəyyənləşdirilən hədəfləri barədə məlumat verilib, hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “sıfır metan” hədəflərinə çatmanın şirkətin əsas məqsədlərindən olduğu bildirilib.

Tərəflər, həmçinin enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri