Abşeron rayonunda baş verən ölüm hadisəsi ilə bağlı yeni detal məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə İri Şəhərlərin Su Təchizatının Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ceyranbatan Su Təchizatı İdarəsi su təchizatı sistemləri üzrə qəza-bərpa və təmir işləri qrupunun ustası Mahir Tofiq oğlu Ramazanov iş otağında qəfil dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq mühafizə orqanı və təcili tibbi yardım briqadasının əməkdaşları idarəyə dəvət olunublar. İlkin tibbi rəyə görə, Mahir Ramazanov ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Abşeron rayonunda 67 yaşlı kişi iş yerində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 30-u saat 19 radələrində Ceyranbatan su anbarının ərazisində baş verib.
Ceyranbatan Su Təchizatı İdarəsində işləyən Sumqayıt şəhər sakini 1959-cu il təvəllüdlü Mahir Tofiq oğlu Ramazanovun meyiti gölün ərazisində tapılıb.
Faktla bağlı araşdırmalar aparılır.