Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Ağsuda iki avtomobil toqquşdu - Ölən var
Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, səhər saatlarında qeydə alınan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Bəbir Şirin oğlu Mehdiyev aldığı xəsarətlərdən ölüb.
Hadisə zamanı daha 3 nəfər - 2014 ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, 1987-ci il təvəllüdlü Elmin Ənvər oğlu Nağıyev və 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Yol-nəqliyyat hadisəsi ilə bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI