Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.
KIA-nın sürücüsü idarəetməni itirərək "Hyundai" markalı nəqliyyat vasitəsinə, o da BYD markalı avtomobilə çırpılıb.
Xəsarət alanların olub-olmaması məlum deyil.
@tv.oxu ❗Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Hadisə dünən axşam saatlarında 11-ci mikrorayon ərazisində qeydə alınıb. Şahidlərin sözlərinə görə, sürətlə hərəkət edən KIA-nın sürücüsü əyləcə vaxtında basaraq avtomobili saxlaya bilməyib. Nəticədə maşın "Hyundai" markalı nəqliyyat vasitəsinə, o da öz növbəsində BYD markalı avtomobilə çırpılıb. Nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Xəsarət alanların olub-olmaması məlum deyil. Sumqayıt qəza oxuaz
♬ BCC News - Ockeroid