Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan rəsmi İrəvanın bütün tərəfdaş ölkələrlə, o cümlədən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi istiqamətində gördüyü işlər barədə danışıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistan KİV məlumat yayıb.
"Ermənistan bilavasitə qonşuları ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Dörd qonşumuzdan ikisi - Gürcüstan və İranla əla münasibətlərimiz var, Azərbaycan və Türkiyə ilə isə münasibətləri normallaşdırmağa çalışırıq", - deyə Mirzoyan "Orbeli: Sülh və çoxtərəfli əməkdaşlıq quruculuğu" mövzusunda beynəlxalq forumda bildirib.
"Azərbaycanla sülh qurulub, digər komponentlər üzərində işləməyə çalışırıq… Türkiyə ilə çox intensiv dialoq aparılır, tədricən hiss olunacaq nəticələrə nail olmaq baxımından çox nikbinəm", - deyə Mirzoyan bildirib.