Bu gün saat 13:30-da Bakı-Quba yolunun 22.5-km-də yerləşən Yol Patrul Xidmətinin (YPX) Saray qəsəbəsindəki stasionar postunun yaxınlığında "Sumqayıt-Nəqliyyat 1" MMC-yə məxsus, "Sumqayıt - Ceyranbatan - Saray" marşrutu üzrə hərəkət edən 50-AE-442 dövlət qeydiyyat nişanlı 9 nömrəli avtobusunun yanmasının səbəbi məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məlumatda qeyd olunub ki, yanğına qısaqapanma səbəb olub:
"Sərnişinlər avtobusdan təxliyə olunublar. Hadisə nəticəsində xəsarət alan olmayıb".
Məhərrəm Əliyev
Saray qəsəbəsi ərazisindən keçən hissəsində yanan marşrut avtobusu söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd edilir ki, "112" qaynar telefon xəttinə Bakı-Sumqayıt şosesinin Abşeron rayonu, Saray qəsəbəsindən keçən hissəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
"Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın qısa müddətdə söndürülüb. Xəsarət alan yoxdur", - deyə bildirilib.
Bakı-Sumqayıt yolunun Abşeron rayonunun Saray qəsəbəsi ərazisindən keçən hissəsində marşrut avtobusu yanır.
Oxu.Az-ın məlumatına görə, Sumqayıt-Ceyranbatan marşrutu üzrə 9 saylı marşrut xəttində hərəkətdə olan avtobusda Saray postu yaxınlığında qəfil nasazlıq yaranıb və avtobusda yanğın başlayıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Samir Əli