Bakıda avtomobil hərəkətdə olarkən yanmağa başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində baş verib.
Məlumata görə, BYD markalı avtomobil qəfil alovlanıb. Sürücü maşının yanmasına baxmayaraq, bir müddət hərəkəti davam etdirib.
Fövqəladə Hallar Nazirliyindən qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb. Avtomobilin salon hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə zamanı xəsarət alan olmayıb.
Həmin görüntüləri təqdim edirik: