Bakıda şadlıq sarayında 36 yaşlı kişinin faciəli ölümünün təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 23-də Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toy mərasimində baş verib. Toyda qonaq qismində iştirak edən 1989-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Qarayev foyedən birinci mərtəbəyə düşərkən ehtiyatsızlıqdan pilləkəndən yıxılıb. Nəticədə, o, ağır kəllə-beyin travması alıb və komaya düşüb.
Sentyabrın 23-də gecə saatlarında xəstəxanaya yerləşdirilən O.Qarayev oktyabrın 1-də axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
Bakıda şadlıq sarayında faciə baş verib.
Oxu.Az-ın məlumatına görə, Nizami rayonu Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayında 1989-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Qarayev pilləkəndən yıxılıb.
O.Qarayev ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Samir Əli