Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin S.Vurğun küçəsində qeydə alınıb. Nizami Bərxudar oğlu Cəfərov özünə məxsus "Mercedes" markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Əsli Yaqub qızı Muradovanı vurub. Piyada Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Qaynar xətt:
(055) 224 12 12