Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Beyləqanda maşın işıq dirəyinə çırpıldı, sürücü öldü
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 13-də Mil qəsəbəsi ərazisində baş verib.
Şamil Məhəmməd oğlu Nağıyev idarə etdiyi VAZ-21099 markalı avtomobil idarəetməni itirərək yol kənarında işıq dirəyinə dəyib. Sürücü Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, yaralı dekabrın 14-də orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
"Beyləqan rayonu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar