Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilib.
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər