Cəlilabad şəhərində ağır yol qəzası baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
İlkin məlumata görə, ötmə manevrini düzgün yerinə yetirə bilməyən "Toyota Prius" markalı minik avtomobili VAZ-21099 markalı maşına çırpılıb. Daha sonra zərbənin təsirindən idarəetməni itirən avtomobil qarşı tərəfdən gələn VAZ-2107 markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə nəticəsində üç nəfər - 1960-ci il təvəllüdlü Beytulla Mirzəyev, 2021-ci il təvəllüdlü Sənan Diniyev və Kənan Diniyev xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla ilə bağlı araşdırma aparılır.