İranın "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı ABŞ və region ölkələrinə İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə bağlı xəbərdarlıq edib.
Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.
Bəyanatda qərargah ABŞ-nin bəzi region ölkələrindən "yaşıl işıq aldıqdan" və Avropada keçirilən görüşdən sonra İrana qarşı fəaliyyətləri bərpa etmək qərarına gəldiyini iddia edib.
Qərargah bildirib ki, ABŞ İrana qarşı "səhv addım" atacağı təqdirdə, regiondakı bütün ABŞ bazaları və maraqları davamlı və "ağır" hücumların hədəfinə çevriləcək. Bəyanatda hücumların heç bir məhdudiyyət və şərt olmadan həyata keçiriləcəyi qeyd olunub.
Region ölkələrinə də xəbərdarlıq edən qərargah bildirib ki, ABŞ-nin İrana qarşı fəaliyyətlərinə qoşulan ölkələr bu addımlarda "şərik" hesab ediləcək və İran silahlı qüvvələrinin təmkinli davranacağını gözləməməlidirlər.