Gəncədə sürücü sükan arxasında dünyasını dəyişib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
KIA markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılıb. Məlum olub ki, təxminən 45-50 yaşlı sürücü sükan arxasında ürək çatışmazlığından vəfat edib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma başlanılıb.

Qaynar xətt:
(055) 224 12 12