Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Göyçay xəstəxanasında gənc qızın ölüm səbəbi AÇIQLANDI
Göyçayda xəstəxanada vəfat edən gənc qızın ölüm səbəbi açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
"2006-cı il təvəllüdlü şəxs (qadın cinsli) aprelin 4-ü saat 00:22-də təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə hospitalizasiya olunub.
Aparılmış instrumental və laborator müayinələrin nəticəsinə görə, pasiyentə dəqiqləşdirilməmiş dəmir defisitli anemiya, hipotoniya diaqnozu təyin edilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.
Bütün zəruri tibbi yardımlara və reanimasiya tədbirlərə baxmayaraq, saat 12:35-də həmin şəxsdə bioloji ölüm baş verib.
Ölümün ilkin səbəbi kimi naməlum mənşəli sepsis, septik şok, kəskin ağciyər, ürək çatışmazlığı qeyd olunur", - deyə məlumatda qeyd olunub.
Aygün Mirakif
Göyçayda gənc qız qızdırmadan ölüb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Hüngütlü kənd sakini 19 yaşlı Ayson Samir qızı Abdullayeva qızdırma ilə əlaqədar xəstəxanaya yerləşdirilib və orada ölüb.
Məlumata görə, mərhum dəmir defisitli anemiya xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı araşdırma aparılır.
"Yüksək temperatur (qızdırma)" teqi üzrə xəbərlər
- Ağrıkəsicilər niyə bəzən kömək etmir? - Mütəxəssislər cavab verirlər
- Soyuqdəymə zamanı nələri etməliyik? - Həkim tövsiyəsi
- Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama
- Hansı halda uşaqda temperaturu salmaq olmaz? Həkimdən xəbərdarlıq
- Qrip və KRVİ arasındakı fərq nədir? - Həkimdən AÇIQLAMA