Ötən gün Lənkəran rayonunda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada ölüb.
Oxu.Az xəbər verir ki, 36 yaşlı Cəlal Abdullayev tərəfindən bıçaqlanan onun qardaşı, 22 yaşlı Camal Abdullayev bu gün axşam saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Əli Məmmədov
Lənkəran rayonunun Liman şəhəri Səməd Vurğun küçəsində baş verən bıçaqlanma olayının bəzi təfərrüatı məlum olub.
Cəlal Abdullayevin 22 yaşlı kiçik qardaşı Camal Abdullayevi bıçaqlaması iddia edilən hadisə ilə bağlı onların atası Fərhad Abdullayev açıqlama verib.
"İkisi də içkili olmayıb. Bir-biri ilə mübahisə ediblər. Daha sonra bıçaqlanma olub. Böyük qardaşın psixoloji problemləri var", - qardaşların atası F.Abdullayev bildirib.
O qeyd edib ki, hadisəni törədən böyük oğlu Cəlal Abdullayev Rusiyadan Azərbaycana yeni dönübmüş.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Lənkəranda kiçik qardaşını bıçaqlamaqda şübhəli bilinən şəxs könüllü təslim olub.
Oxu.Az xəbər verir ki, 36 yaşlı Calal Abdullayev polisə gələrək könüllü şəkildə təslim olub.
Lənkəran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Lənkəran rayonu ərazisində qeydə alınıb.
Rayonun Liman şəhər sakini, 2003-cü il təvəllüdlü Camal Abdullayev bir neçə bıçaq xəsarəti alıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat blokuna alınıb.
İlkin məlumata əsasən, C.Abdullayevi qardaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov