Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Zabrat qəsəbəsində baş verən yanğın SÖNDÜRÜLÜB
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, baş verən yanğınla bağlı qurumun "112" qaynar telefon xəttinə məlumat daxil olub:
"FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində təxminən 200 kvadratmetr sahədə məişət və təkər tullantıları yanıb".


Sabunçu rayonu, Maştağa qəsəbəsində açıq ərazidə yanğın baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın qısa müddətdə söndürülüb.
Aləmdə Nəsib
Rəylər