Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb.
O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.
Qaynar xətt:
(055) 224 12 12