Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, Babək prospekti, 10B ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində on səkkiz mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub.
Bakının Babək prospekti, 10 ünvanında yerləşən çoxmərtəbəli binada yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, binanın yuxarı mərtəbələrində qalan sakinlərin təxliyə olunmasında çətinliklər yaranıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri və polis əməkdaşları cəlb olunublar.