Quba rayonunda avtomobillə vurulan piyada 4 gün sonra ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 2-də rayonun Mirzəməmmədkənd kəndində baş verib.
Əliyev Süleyman Hüseynqulu oğlu idarə etdiyi avtomobillə yolu keçən piyada Xəlilov Şıxseyid Şahbala oğlunu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Ş.Xəlilov ötən gün xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Samir Əli