Şəkidə "Toyota" markalı avtomobildə qəzaya düşənlərin kimliyi məlum olub.
Oxu.Az-ın məlumatına görə, rayonun Cəyirli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı qəzaya düşən üç nəfər bir ailənin üzvləridir. Qəza zamanı xəsarət alanlar sürücü Firqət Haşimov, bir yaşlı qızı A.Haşimova və F.Hüseynovun yaxın qohumu Nərmin Rzayeva olub.
Məlumata görə, qəzaya düşənlərin hamısı Oğuz rayon sakinləridirlər. Onlar Oğuz rayonundan Goranboya xəstə ziyarətinə gedirmişlər.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Cəyirli kəndi ərazisində baş verib.
Şəki şəhər sakini, 36 yaşlı Firqət Haşımovun sürücüsü olduğu "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan bir neçə nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli