Şəmkir rayonunda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Çaparlı kənd sakini, 1986-cı il təvəllüdlü Rəhman Rəhim oğlu Məhərrəmov idarə etdiyi VAZ-2107 markalı avtomobillə piyada, Şəmkir rayonunun İsgəndərli kənd sakini, 1948-ci il təvəllüdlü Yaşa Usmanoviç Çitadzeni vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli