Sumqayıtda baş verən partlayışın səbəbi məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında baş verib.
Şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birindəki mənzilin kombi sistemində nasazlıq yaranıb və ev sahibi bu məqsədlə usta çağırıb. Ustalar sistemi təmizləyərkən kombidə yüksək təzyiq yaranıb və partlayış baş verib.
Partlayış nəticəsində kombi ustaları - 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Samir Əli
Sumqayıt şəhərində evdə baş verən partlayış hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, martın 12-də saat 21:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişi) hospitalizasiya olunub.
"Pasiyentlərə baş və boyun nahiyəsinin termiki, kimyəvi yanıqları, yuxarı ətraf və çiyin qurşağı nahiyəsinin (bilək və əl istisna olmaqla) termiki və kimyəvi yanıqları, həmçinin tənəffüs yollarının termiki və kimyəvi yanıqları diaqnozları təyin edilib.
Zəruri tibbi xidmətlər göstərilən hər iki şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.
Oxu.Az-ın sorğusuna cavab olaraq Nərimanov Tibb Mərkəzindən isə bildirilib ki, pasiyentlərin vəziyyətləri stabildir:
"Boyunun, üzün, hər iki əl barmaqların II-III dərəcəli termiki alov yanığı diaqnozları təyin olunan pasiyentlərin müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabildir".
Əzizə İsmayılova
Sumqayıt şəhərində evdə partlayış hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla məlumat verir ki, hadisə şəhərin 47-ci məhəlləsində yaşayış binalarının birində qeydə alınıb.
Partlayış nəticəsində 1994-cü il təvəllüdlü Elçin Varyat oğlu Verdiyev və 1973-cü il təvəllüdlü İxtiyar Ağayar oğlu İxtiyarov xəsarət alıblar.
Onlar dərhal xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.