Toyda Tovuz sakinini bıçaqlayan şəxs saxlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində N.Hüseynova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 31 yaşlı Novruz Orucov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ötən gün Tovuz sakini N.Hüseynova toyda kəsici-deşici alətlə xəsarət yetirilib. Onun vəziyyəti orta ağır olaraq qiymətləndirilib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Tovuz sakinini bıçaqlayan şəxs saxlanılıb
Aygün Mirakif