Tovuz rayonunda həyat yoldaşına zorakılıq etməkdə şübhəli bilinən kişi saxlanılıb.
Oxu.Az-ın məlumatına görə, rayon sakini T.Rüstəmovanın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən zorakılığa məruz qalması və sığınacağa yerləşdirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan paylaşımlar əsasında polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, araşdırmalar çərçivəsində qadının həyat yoldaşı A.Bədirov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12