Xızının Yaşma kəndində sex yanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Yaşma kəndində ümumi sahəsi 1500 m² olan sexin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.