“Kontakt Home” yeni loqosunu və “Sevindirir” sloqanını təqdim edib. Yenilənməyə əsas səbəb brendin bütün fəlsəfəsinin sevinc, dostluq və xoş əhval-ruhiyyə yaratmaq üzərində qurulduğunu, həmçinin fəaliyyətdə olduğu illər ərzində hər parametr üzrə bir üst səviyyəyə çıxdığını, məhsul və xidmət şəbəkəsini genişləndirdiyini çatdırmaqdır. Yeniliklər brend ideologiyasını daha aydın ifadə edir və əsas fokusunun müştəri məmnuniyyətinə yönəldiyini vurğulayır. Təbəssüm və xoş emosiya dolu bu loqonun məhz pandemiyanın insanların əhvalına mənfi təsir etdiyi bu ərəfədə təqdim olunması xüsusilə təqdirəlayiqdir.
Bəs yeni loqo nələri ifadə edir?
“Kontakt Home” mağazalar şəbəkəsinin PR meneceri Vəfa Rüstəmova yeni loqonun izahatını belə verib:
- İllərdir ki, müştərilərimizə sevdikləri məhsul və xidmətləri əlçatan edirik. Sevdikləri və ehtiyac duyduqları məhsulları əldə etmək onlara sevinc, xoşbəxtlik, xoş əhval-ruhiyyə bəxş edir. İndiki əsas fokusumuz müştərilərimizə məhz o sevinci yaşatmaq, xoş anlarına şahidlik etməkdir.
Loqoda əks olunan təbəssüm elementi ;) də bunu ifadə edir.
- I < “Kontakt” sözünün baş hərfini bildirir. Gördüyünüz kimi, əvvəlki loqomuzdakı “ev” elementini və “Home” hissəciyini yenilənmiş dizayna daşımamışıq. Xidmət spektrinin növbəti illərdə daha da genişlənəcəyini nəzərə alaraq, “Home” sözünü ayıraraq “Kontakt” brendinin bir konsepti kimi saxladıq. Hazırda “Kontakt Home” və “Kontakt Smart” adlı konsept mağazalarımız fəaliyyət göstərir. I < - bu element həm də müştərilərimizə olan doğma, dostyana münasibətimizi bildirir.
- Ümumilikdə təbəssüm ;) elementi (emojisi) rəqəmsal platformadan gəldiyi üçün brendin rəqəmsal dünyaya bağlılığını, başqa sözlə, müasirliyini ifadə edir”.
Qeyd edək ki, yeni korporativ dizayn artıq bir neçə platformada tətbiq olunmağa başlayıb və tədricən brendin bütün xarici və daxili kommunikasiyalarında görünəcək. Artıq “Xalqlar” və “Bakıxanov-2” mağazaları yenilənmiş stildə müştərilərin xidmətinə verilib. Şirkətdən, həmçinin yaxın zamanda daha iki mağazanın istifadəyə veriləcəyi bildirilib. Yeni mağazalar Bakı şəhəri, Ukrayna dairəsi yaxınlığında və Sumqayıt şəhəri, 10-cu mikrorayon ünvanlarında açılacaq.
“Kontakt” hazırda dünyanın 30-dan çox aparıcı brendinin ölkəmizdəki rəsmi tərəfdaşı və distribütorudur. Yaxın zamanda daha bir neçə nüfuzlu brend bu siyahıya əlavə olunacağını elan edib.
Rəylər