Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Prezident minimum aylıq əməkhaqqı və pensiya ilə bağlı SƏRƏNCAM imzaladı
Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.
Bununla bağlı President.az məlumat yayıb.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bundan başqa, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Siyasi partiya nümayəndələri, politoloq və digər ekspertlər azad olunan ərazilərə səfər ediblər
- Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın tərkibi dəyişib
- Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
- Keçmiş məcburi köçkün: "Bu gün mənim üçün həyatda ən xoş gündür"
- Deputat: "Naxçıvan sakinlərinin təbii yanacaq probleminə birdəfəlik son qoyulacaq"