AFFA 2021-ci il üçün Azərbaycanın FIFA hakimlərinin sayını açıqlayıb.
Azərbaycanın qadın futbol hakimi yenə Yuliya Qurbanova olacaq. Beynəlxalq dərəcəli oyunlara təyinat alacaq kişi referilərimizin tərkibində isə dəyişiklik olub. Əliyar Ağayev və Rauf Cabbarov yenə beynəlxalq matçlara gedə biləcəksə, Rəhim Həsənovu Elçin Məsiyev əvəzləyib.
Referi köməkçilərinin sayında da dəyişiklik baş verib. Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Hüseynov, Elşad Abdullayev, Pərvin Talıbov, Cavanşir Yusifov və Gülnurə Əkbərzadəyə Sevda Nuriyeva qoşulub. Yusifovun adı zədə səbəbindən karyerasını başa vurmuş Mübariz Haşımovun əvəzinə siyahıya əlavə edilib.
Futzal hakimlərinə gəlincə, Hikmət Qafarlıdan sonra Əli Cəbrayılov və Knyaz Əmiraslanova da FIFA dərəcəsi verilib.
Səbuhi Musayev