İtaliya A Seriyasında sonuncu turun oyunları baş tutub.
Oxu.Az xəbər verir ki, 38-ci tur UEFA Çempionlar Liqasında çıxış edəcək 4-cü komandanın adına aydınlıq gətirib.
Səfərdə autsayder "Venesiya" ilə qarşılaşan "Yuventus" şansını əldən verməyib. "Qoca sinyora" 2:3 hesabı ilə qalib gəlib.
Bu nəticədən sonra Turin klubu xallarını 70-ə çatdıraraq mövsümü 4-cü sırada tamamlayıb və "Napoli", "İnter", "Atalanta" ilə yanaşı, ölkəsini Avropanın ən nüfuzlu klub turnirində təmsil etmək hüququ qazanıb.
"Yuventus"dan cəmi 1 xal geri qalan "Roma" növbəti mövsüm Avropa Liqasında çıxış edəcək. Konfrans Liqasında isə "Fiorentina" mübarizə aparacaq.