"Səbail"in sabiq baş məşqçisi Adil Şükürov "Sumqayıt" Futbol Akademiyasının direktoru təyin olunub
Bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib.
48 yaşlı mütəxəssis daha öncə "Zirə", "Şüvəlan", "Kəpəz" və "Səbail" klublarında baş məşqçi vəzifəsində çalışıb.
Adil Şükürov, həmçinin müxtəlif dönəmlərdə "Bakı" Futbol Akademiyasında, Azərbaycanın U-15 və U-17 millilərində də məşqçi kimi fəaliyyət göstərib.
Qaynar xətt:
(055) 224 12 12