Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Oxu.Az xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının XXII turunun oyunları ilə bağlı qərarlarını açıqlayıb.
Sənəddə qeyd olunur:
"Misli Premyer Liqası XXII tur
- 27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Kəpəz" - "Sumqayıt" oyununda "Kəpəz" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə "Kəpəz" komandası 8 000 manat cərimə edilsin (maddə 52.5);
- 27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Kəpəz" - "Sumqayıt" oyununda "Sumqayıt" komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Sumqayıt" komandası 7 000 manat cərimə edilsin (maddə 52.5);
- 27 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Kəpəz" - "Sumqayıt" oyununun 62-ci dəqiqəsində "Sumqayıt" komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun yarışa buraxılmasın, "Sumqayıt" komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);
- 28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Şamaxı" - "Neftçi" oyununda "Neftçi" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Neftçi" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
- 28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Şamaxı" - "Neftçi" oyununun 90+4-cü dəqiqəsində "Neftçi" komandasının məşqçisi Dmitro Kara-Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun yarışa buraxılmasın, "Neftçi" komandası 5 000 manat cərimə edilsin (maddə 51.1);
- 28 fevral 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Şamaxı" - "Neftçi" oyununda "Neftçi" komandasının texniki zonasının üst hissəsi, eyni zamanda "Neftçi" komandasının azarkeşləri tərəfindən stadionda 35 ədəd oturacaq sındırıldığına görə stadiona dəymiş zərər "Neftçi" komandası tərəfindən qarşılansın (maddə 86);
- 1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Turan Tovuz" - "İmişli" oyununda "Turan Tovuz" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Turan Tovuz" komandası 700 manat cərimə edilsin (maddə 43.1);.
- 1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Qarabağ" - "Sabah" oyununda "Qarabağ" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Qarabağ" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
- 1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Qarabağ" - "Sabah" oyununda "Qarabağ" komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə "Qarabağ" komandası 8 000 manat cərimə edilsin (maddə 52.5);
Bizon Azərbaycan Kuboku ¼ final cavab oyunları
- 3 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü "Zirə" - "Sumqayıt" oyununun 83-cü dəqiqəsində "Sumqayıt" komandasının 10 nömrəli futbolçusu Nikola Ninkoviç ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun meydana buraxılmasın, "Sumqayıt" komandası 1000 manat cərimə edilsin (maddə 44.1);
- 4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü "Qarabağ" - "Şamaxı" oyununun 89-cu dəqiqəsində meydana kənar şəxs daxil olduğuna görə "Qarabağ" komandası 2 500 manat cərimə edilsin (maddə 86);
- 4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü "Qarabağ" - "Şamaxı" oyununda "Şamaxı" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Şamaxı" komandası 700 manat cərimə edilsin (maddə 43.1);
- 4 mart 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ¼ finalın cavab görüşü "Qəbələ" - "Sabah" oyununun 48-ci dəqiqəsində "Qəbələ" komandasının 50 nömrəli futbolçusu Adriel Ba Loua ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun meydana buraxılmasın, "Qəbələ" komandası 1 000 manat cərimə edilsin (maddə 44.1);
II Liqa XVI tur
- 3 mart 2026-cı il tarixində II Liqada XVI turun "Xankəndi" - "Araz Saatlı" oyununda "Araz Saatlı" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Araz Saatlı" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
- 3 mart 2026-cı il tarixində II Liqada XVI turun "Ağstafa Gəncləri" - "Göygöl" oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna görə "Ağstafa Gəncləri" komandası 100 manat cərimə edilsin (maddə 68);
- 3 mart 2026-cı il tarixində II Liqada XVI turun "Ağstafa Gəncləri" - "Göygöl" oyununun 90+2-ci dəqiqəsində "Göygöl" komandasının 17 nömrəli futbolçusu Ruslan Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun meydana buraxılmasın, "Göygöl" komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);
- 3 mart 2026-cı il tarixində II Liqada XVI turun "Sheki City" - "Ağdaş" oyununda xərəkdaşıyanlar olmadığına görə "Sheki City" komandası 200 manat cərimə edilsin (maddə 59.1);
- 4 mart 2026-cı il tarixində II Liqada XVI turun "Dinamo" - "Şirvan" oyununda "Dinamo" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "Dinamo" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
- 4 mart 2026-cı il tarixində II Liqada XVI turun "Dinamo" - "Şirvan" oyununda "Şirvan" komandasının 4 futbolçusu sarı vərəqə vərəqə aldığı üçün "Şirvan" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
Əvəzedicilər liqası XVIII tur
- 2 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun "Neftçi-2" - "Zirə-2" oyununda "Neftçi-2" komandasında 6 nəfər sarı vərəqə aldığı üçün "Neftçi-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
- 2 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun "Araz-Naxçıvan-2" - "Sumqayıt-2" oyununda "Sumqayıt-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Sumqayıt-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
- 2 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun "Kəpəz-2" - "Qəbələ-2" oyununun 60-cı dəqiqəsində "Kəpəz-2" komandasının məşqçisi Sərxan İsmayılov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Kəpəz-2" komandası 200 manat cərimə edilsin (maddə 47.2);
- 2 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun "Kəpəz-2" - "Qəbələ-2" oyununda "Qəbələ-2" komandasında 4 nəfər sarı vərəqə aldığı üçün "Qəbələ-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
- 3 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun "Qarabağ-2" - "Şamaxı-2" oyununda "Qarabağ-2" komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün "Qarabağ-2" komandası 70 manat cərimə edilsin (maddə 43.1);
- 3 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XVIII turun "Qarabağ-2" - "Şamaxı-2" oyununun 52-ci dəqiqəsində "Şamaxı-2" komandasının 90 nömrəli futbolçusu Davud Mənsumov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun yarışa buraxılmasın, "Şamaxı-2" komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7).