Mərakeş millisinin və PSJ klubunun müdafiəçisi Əşrəf Hakimi Afrikada 2025-ci ilin futbolçusu seçilib.
Oxu.Az bildirir ki, bu barədə məlumatı Afrika Futbol Konfederasiyasının Mətbuat Xidməti yayıb.
27 yaşlı mərakeşli final səsverməsində "Liverpul" klubunun və Misir yığmasının hücumçusu Məhəmməd Salahı, habelə Nigeriya millisinin və "Qalatasaray" klubunun forvardı Viktor Osimheni qabaqlayıb.
Qeyd edək ki, 2021-ci ildən PSJ-də çıxış edən Hakimi cari mövsümdə klubun heyətində 14 matç keçirərək, iki qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, keçən il bu mükafatı "Atalanta"nın nigeriyalı hücumçusu Ademola Lukman qazanmışdı.