Afrika Futbol Konfederasiyası (CAF) qitənin ən yaxşı futbolçusu adına üç namizədi açıqlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
Bunlar "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah, "Qalatasaray"ın nigeriyalı forvardı Viktor Osimhen və PSJ-nin mərakeşli müdafiəçisi Əşrəf Hakimidir.
Qeyd edək ki, keçən il bu mükafatı "Atalanta"nın hücumçusu Ademola Lukman qazanıb.